Əfqanıstanın paytaxtı Kabildə yol kənarına quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində azı iki dinc sakin həlak olub, bir neçə şəxs yaralanıb.
Teleqraf.com xəbər verir ki, hadisə yerli vaxtla saat 07:00-da Paqman rayonunda baş verib.
Partlayışa görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.
Ancaq hüquq-mühafizə orqanları baş verənlərə görə, "Taliban" hərəkatını şübhəli sayır.