Feysbuk platformasıının təsisçisi Mark Zukerberqin sərvəti 5 milyard dollar azalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə martın 19-da "Forbes" jurnalı yazıb.
Bazar günü keçirilən hərraclar zamanı "Feysbuk" 7%-dən çox ucuzlaqıb, şirkəti bazar dəyəri isə 37 mlrd. dollar aşağı düşüb.
Qeyd olunur ki, buna səbəb sosial şəbəkə istifadəçilərinə məxsus məlumatların sızması olub. Seçkiqabağı kampaniya zamanı "Cambridge Analitica" firması qanunsuz olaraq Feysbukun 50 milyon istifadəçisinin məlumatlarını əldə edib.