ABŞ hökuməti Səudiyyə Ərəbistanı ilə 35 milyard dollar məbləğində sövdələşmələr imzalamağı planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.
Qeyd olunur ki, burada söhbət ABŞ-da 120 min nəfəri yeni iş yeri təmin edə biləcək 35 milyard dollarlıq sövdələşmələrdən gedir.
Qeyd edək ki, Səudiyyə şahzadəsi Məhmməd bin Salman Əl Saud ABŞ-da səfərdədir. Sövdələşmələrin səfər çərçivəsində imzalanacağı bildirilir.