Türkiyə ilə ABŞ arasında Vaşiqntonda keçirilən Menbiç görüşləri dayandırılmayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, bu məqsədlə yaxın günlərdə müşaviri ABŞ-a səfər edəcək.
Qeyd edək ki, Çavuşoğlunun martın 19-da həyata keçirəcəyi Vaşinqton səfəri ABŞ Dövlət katibi Reks Tillersonun istefaya göndərilməsi səbəbindən təxirə salınmışdı.