Bu il martın 14-də vəfat eləmiş ingilis fiziki, astronom, nəzəriyyəçisi Stiven Hokinqin meyidinin külü İngiltərənin paytaxtı Londonda yerləşən Vestminster Abbatlığında İsaak Nyutonun məzarının yanında dəfn ediləcək.
Teleqraf.com-un məlumatına görə, Hokinqin külü basdırılan qəbir təkamül nəzəriyyəsinin banisi Çarlz Darvinin 1882-ci ildə dəfn olunduğu məzarın da yaxınında olacaq.
Vestminster Abbatlığında tədbir bu ilin sonuna yaxın gerçəkləşədiriıcək.
Abbatlığın keşişlər şurasının rəhbəri Con Holl alimin özü kimi hörmətli insanların yanında dəfn edilməsini uyğun bir qərar adlandırıb.