Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Hulusi Akar məhkəmədə ifadə verib.
Teleqraf.com xəbər verir ki, generalın Ankara Ağır Cinayətlər Məhkəməsində ifadə verməsi 15 iyul dövlət çevrilişinə cəhd və FETÖ terror təşkilatı ilə əlaqədar olub.
Akar məhkəməyə verdiyi ifadəsində deyib ki, 15 iyul dövlət çevrilişi sadəcə şəxsinə qarşı deyil, Türkiyə Cümhuriyyəti dövlətinə, hökumətinə və millətinə qarşı həyata keçirilib:
“Bu çevriliş haqqında informasiya əldə etdikdən dərhal sonra ölkəmin və millətimi düşünməkdən savayı ağlıma başqa fikir gəlmədi. Bütün enerjimi qanlı çevriliş cəhdinin qarşısını almağa yönəltdim. Bu mərhələdə şəxsimlə bağlı hər hansı bir qayğı haqqında düşünmədiyim kimi, özümü qorumaq fikrim də olmadı”.