ABŞ-da dərc olunan "Taym" ("Time") jurnalının aprel ayı üçün hazırlanan sayında Rusiya Prezidenti Vladimir Putinin şəkli üz qabığına çıxarılıb.
Teleqraf.com-un məlumatına görə, başına çar tacı qoyulmuş rus liderin şəklinin altında "Yüksələn çar" ifadəsi qeyd edilib.
Anonsdan bəlli olur ki, jurnal Mixail Ziqarın "Vladimir Putin zirvədə qalmağı necə planlaşdırır" adlı məqaləsinə də yer verəcək.
ABŞ-ı çıxmaq şərti ilə jurnalın bütün xarici versiyalarındakı cildi Putinin fotosu bəzəyəcək.