Türkiyə Silahlı Qüvvələri YPG/ PKK terror təşkilatı tərəfindən iki il öncə ələ keçirilən Suriyanın Təl Rıfat rayonunda yeni əməliyyata start verib.
Teleqraf.com xəbər verir ki, əməliyyatdan öncə rayon pilotsuz qurğular vasitəsilə havadan izlənilib, terrorçuların sığınacaqları dəqiqləşdirilib.
Türkiyə qırıcılarının Təl Rıfatda terrorçuların mövqelərinə zərbələr endirdiyi bildirilir.