28 Mart 2018 10:41
1 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 20-də Pakistanın Tobatək Sinq şəhərində cinsi təcavüz hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, bu biabırçı hadisədən sonra təcavüz edən şəxsin yaxınları üzr istəmək və barışmaq məqsədilə qızın ailəsini ziyarət edib.

Bu zaman təcavüzə uğrayan qızın ailə üzvləri qeyri-adi barışıq şərti irəli sürüblər. Onlar qarşı tərəfə də eyni acını yaşatmaq üçün təcavüzkarın bacısını zorlamalı olduqlarını deyiblər.

Martın 21-də əldə edilən razılaşma həyata keçirilib.

Hadisədən sonra məsələdən xəbər tutan Pakistan polisi razılaşmada iştirak edən 12 nəfəri həbs edib.

Xatırladaq ki, 2017-ci ildə Pakistanın ayrı bir bölgəsində 16 yaşlı qıza təcavüzdən sonra yerli ağsaqqallar “intiqam təcavüzü” haqda razılaşma əldə eləmişdi.

Hadisədən dərhal sonra polis 25 nəfəri həbs etmişdi.


Müəllif: Cavad

Oxşar xəbərlər