Yekaterinburqdan Antalyaya uçan təyyarədə həyəcanlı anlar baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, adı hələlik açıqlanmayan şəxs sərxoş vəziyyətdə təyyarəyə minib.
Təyyarə havaya qalxdıqdan sonra o, insanlara hücum edib və onlara qarşı təhqiredici ifadələr səsləndirib.
Daha sonra həmin şəxs təyyarəni partladacağını bildirib. Sərxoş kişi polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar başlanılıb.