9 Avqust 2014 10:32
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Con Kerri plan barədə Davutoğluna məlumat verib

ABŞ prezidenti aylardır İraqı qan gölünə çevirən İraq Şam İslam Dövləti (İŞİD) terrorçularını məhv etmək üçün Türkiyənin razılığını alıb. İstiqamet.kom xəbər verir ki, yayılan məlumata görə, dünən axşam ABŞ dövlət katibi və xarici işlər naziri Con Kerri Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu ilə telefon danışığında İŞİD-i bombalayacaqlarını bildirib. Kerri bunun üçün Türkiyədən dəstək xahiş edib.


Bildirilir ki, nazirlərin telefon danışığı zamanı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan rəsmi iqamətgahında təhlükəsizlik müşavirəsi keçirib.


Müşavirədə Baş qərargah rəisi General Necdət Özel, 2-ci Baş qərargah rəisi General Yaşar Gülər, Jandarma Baş Komandiri General Sərvət Yörük, xarici işlər naziri Əhməd Davudoğlu, Baş nazirin müşaviri Fəxri Kasırqa və MİT Məsləhətçisi Hakan Fidan iştirak edib. Təxminən 1,5 saat davam edən müşavirədə ölkədəki ümumi vəziyyətlə yanaşı, başda İraq olmaqla, regionda baş verən digər məsələlər müzakirə edilib. Davutoğlu C.Kerrinin fikirlərini müşavirə iştirakçılarına çatdırıb. ABŞ-ın bu gün İŞİD-i bombalaması göstərir ki, Türkiyə Kerrinin təklifinə yox deməyib.


Dünən həmçinin İsrailin xarici işlər naziri Aviqdor Liberman ilə ABŞ xarici işlər naziri Con Kerri arasında telefon danışığı olub.


Liberman BMT Baş Katibliyində İsrailə verdikləri dəstəyə görə ABŞ xarici işlər nazirinə minnətdarlığını bildirib.



Liberman telefon danışığında Türkiyə ilə münasibətlərə də toxunub. "Türkiyə ilə gərginliyin artmasını istəmirik. Biz bu günə qədər baş nazir Ərdoğanın barəmizdəki sərt çıxışlarına adekvat cavab verməmişik. Düşünürəm ki, Türkiyədə gələn həftə keçiriləcək prezident seçkilərindən sonra rəsmi Ankaranın İsrail siyasətində yumuşalma olacaq", deyə İsrailin baş naziri bildirib.


Ehtimal olunur ki, İsrail və ABŞ-ın Türkiyəyə qarşı isti münasibətlərinin arxasında məhz İŞİD-i bombalamaq üçün bu ölkənin razılığını almaq dayanır.


Qeyd edək ki, İsrail və Türkiyə arasında "Mavi Mərmərə" gəmisinə hücumdan sonra münasibətlər pisləşib. ABŞ prezidenti Barak Obama İsrailin baş naziri Benyamin Netanyahu və baş nazir Ərdoğanla telofonla danışıb onları birlikdə problemləri həll etməyə çağırıb. İsrailin Qəzzada hərbi əməliyyatlara başlamasından sonra münasibətlər yenidn kəskinləşib.


Telefon danışıqlarından sonra Pentaqon Şimali İraqa İŞİD-ə qarşı hava hücumu etdiklərini açıqlayıb. Pentaqondan verilən açıqlamada “ABŞ ordusunun bazası olan bölgənin yaxınlığına İŞİD top atdığı üçün Şimali İraqa ABŞ qırıcıları hücum edib” deyilib.


Qeyd edək ki, ABŞ prezidenti Barak Obama amerikalılara telemüraciətində İraqdakı terrorçuların mövqelərinə məhdud hava zərbələrinin endiriləcəyini bəyan edib.


“Zərurət yaranacağı təqdirdə aviazərbələrin endirilməsinə icazə verdim”, deyə Obama bildirib və ABŞ-ın yeni müharibəyə sürükləndirilməsinə yol verməyəcəyini qeyd edib.

Onun sözlərinə görə, İraqdakı dini azlıqların soyqırımının qarşısının alınması və bu ölkədəki ABŞ vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə zərbələr “İslam Dövləti” qüvvələrinin mövqelərinə endiriləcək.


“İslam Dövləti” qüvvələri ezid xalqının sistemli şəkildə tamamilə məhv ediləcəyini bəyan edib, bu isə soyqırımın törədilə biləcəyindən xəbər verir”, deyə Obama qeyd edib.


Onun sözlərinə görə, İraq hökuməti qətliamın qarşısını almaq məqsədilə yardım göstərilməsi üçün ABŞ-a müraciət edib.

/istqamet.com/


Müəllif: