Türkiyənin Atom enerjisi üzrə agentliyi “Rosatom” dövlət korporasiyasına “Akkuyu” AES-in birinci blokunun tikintisi üçün lisenziya verib.
Teleqraf.com xəbər verir ki, “Rosatom”un həyata keçirəcəyi layihənin standartlara uyğunluğu təsdiqlənib.
Qeyd edək ki, "Akkuyu” Stansiyasının təməlqoyma mərasimi aprelin 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putinin iştirakı ilə keçiriləcək.
Layihənin ümumi dəyəri 20 milyard dollardır.