ABŞ YPG silahlılarının nəzarətində olan Suriyanın Menbic bölgəsində iki hərbi baza yaradacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Qeyd edək ki, 2016-cı ilin iyununda Menbic şəhəri üzərində nəzarət İŞİD-dən YPG kürd silahlı qruplaşmasına keçdikdən sonra ABŞ kürd dəstələrinin şəhərdən çıxarılmasını təmin edəcəyini Ankaraya vəd edib. Lakin Vaşinqton indiyədək vədini yerinə yetirməkdən boyun qaçırır.
Məlumata ABŞ bazalarından birini Menbicdən şimalda, Dadat yaşayış məntəqəsi yaxınlığında inşa etmək niyyətindədir. Həmin əraziyə xeyli sayda tikinti texnikasının cəlb edildiyi bildirilir.
İnşa edilən baza Menbiçi Türkiyənin nəzarətində olan Cerablusdan ayıran Sacu çayından 8 km aralıda yerləşir.
İkinci baza Daday kəndindən cənubda, Türkiyənin nəzarətindəki zonadan 4 km aralıda yerləşəcək. /APA/