Suriya rejiminin Duma şəhərində kimyəvi silah tətbiq edilməsi nəticəsində 70 nəfərin dünyasını dəyişməsi faktına ABŞ və Rusiya ilkin mövqeyini açıqlayıb
Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Heyzer Nauert deyib ki, əgər bu dəhşətli xəbər təsdiq olunarsa, beynəlxalq ictimaiyyət buna təcili cavab verəcək.
Dövlət Departamentinin sözçüsü Bəşər Əsədin əvvəllər də öz xalqına qarşı kimyəvi silah tətbiq etdiyini xüsusilə xatırladıb.
Rusiya isə Bəşər Əsəd rejiminin kimyəvi silahdan istifadə etdiyi iddiasını yalan xəbər adlandırıb.
Xatırladaq ki, Suriya rejiminin Şərqi Qutada yerləşən Duma şəhərində kimyəvi silah tətbiq etdiyi, bunun nəticəsində 70 nəfərin dünyasını dəyişməsi haqda xəbər yayılıb.