8 Aprel 2018 21:30
2 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın 2015-ci ildə öldürdüyünü bəyan etdiyi Səddam Hüseynin ən yaxın adamlarından hesab olunan İbrahim Əl-Duri video müraciət yayımlayaraq rəsmi Bağdada savaş elan edəcəyini deyib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, 2003-cü ildə Səddam Hüseyn devrildikdən sonra diktatorun yaxın adamları ya öldürülmüş, ya da həbs olunmuşdu. İbrahim Əl-Durinin isə 2015-ci ildə İraqın Səlahəddin şəhərində ABŞ əsgərləri tərəfindən həyata keçirilən əməliyyat zamanı öldürüldüyü elan olunmuşdu. Lakin 3 il sonra o, feysbuk sosial şəbəkəsi vasitəsilə video müraciət yayıb.

Baas partiyasının 71-ci ildönümü münasibətilə video paylaşan general Səudiyyə Ərəbistanını köməyə çağırıb. O. həbsdəki Baas üzvlərinin azadlığa buraxılmasını tələb edib və əks təqdirdə rəsmi Bağdada savaş elan edəcəyini bildirib. İbrahim Əl-Duri çıxışında İranın Orta Şərq siyasətini də qınayıb.


Müəllif: İlhamə

Oxşar xəbərlər