Bu ildən başlayaraq İran xarici ticarəti yalnız avro ilə aparacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın Mərkəzi Bankının sədri Vəliyullah Seyfi bildirib.
Onun sözlərinə görə, ABŞ İran iqtisadiyyatını sanksiyalarla zəiflətmək istəyir. Amma İran artıq ABŞ dolları ilə ticarəti davam etdirmək niyyətində deyil. Seyfi İranda valyuta bazarında yaranan qeyri-sabit vəziyyətin təqsirkarının ABŞ olduğunu bildirib.
Qeyd edək ki, İranın valyuta bazarında dollar və avronun satış qiyməti kəskin şəkildə bahalaşıb.