15 Aprel 2018 14:59
1 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya lideri Bəşər Əsəd Rusiyaya səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin üzvü Sergey Jeleznyak bildirib.

O, qeyd edib ki, B.Əsədlə görüş zamanı onu Xantı-Mansiysk muxtar dairəsi – Yuqraya dəvət edib. B.Əsəd bu təklifi qəbul edib və əlaqələrin genişlənməsində maraqlı olduğunu bildirib.

“Əsəd Yuqranı ziyarət etmək təklifimizi dərhal qəbul etdi və əlaqələrin genişlənməsində, həmçinin Rusiyadan nümayəndə heyətləri qəbul etməkdə maraqlı olduğunu bildirdi”, - Jeleznyak jurnalistlərə bildirib.

Qeyd edək ki, S.Jeleznyak Rusiya nümayəndə heyəti ilə birgə Suriya Ərəb Respublikasında səfərdədir.

Rusiya Federasiyasının subyektlərindən biri olan Xantı-Mansiysk muxtar dairəsi – Yuqra Tümen vilayətinə daxildir. Ural federal dairəsində yerləşir.


Müəllif: Səxavət

Oxşar xəbərlər