Dünya casus tarixinin ən tanınmış simalarından olan, “soyuq müharibə” qarşıdurmasında KQB-yə məxfi informasiyalar sızdıran Corc Bleyk 2016-cı ilə qədər sağ qalmağı bacarıb. Şimali Koreyadan Beyruta qədər düzəndə casus ovu həyata keçirən Bleykin həyatı kəşfiyyatçılar üçün əsl təcrübə ola bilər.
Teleqraf.com casus savaşlarının ulduzu olan Corc Bleykin dosyesini təqdim edir:
Corc Bleyk əslində Corc Behar adı ilə 1922-ci ildə Hollandiyada doğulub. Atası yəhudi əsilli tacir olub. Anası Corcu daima kilsəyə aparıb. 14 yaşında atası vəfat edib. Bundan sonra anası yaşamağın çətin olduğu səbəbindən anası Corc Bleyk ilə birlikdə Qahirəyə, atasının qohumlarının yanına yollanıb. Həmin dövrdə Corc Beharın atasının əmisi oğlu Henri Curiel də Qahirədə yaşayırdı. Corc Henri vasitəsilə Qahirədə ingilis və fransız dilini öyrənə biləcək orta məktəbdə təhsilini davam etdirir. Henri isə Qahirədə Kommunist Partiyasının sıralarına daxil olaraq solçu fəaliyyətlə məşğul olurdu.
Müharibə başladı: Corc cəbhədə
1939-cu ildə I Dünya müharibəsi başlayanda Corc Bleyk artıq yenidən Hollandiyaya qayııb, almanlara qarşı savaşda iştirak edirdi. Anası isə digər qardaşları ilə birlikdə İngiltərəyə getmişdi. Bir müddət sonra Corc da İngiltərəyə getmək qərarına gəlir. Gələcəyin casusu İngiltərəyə çatmaq üçün Belçika, Fransa, İspaniyadan keçməli olur. İngiltərəyə daxil olan Corc dərhal İngiltərə Dəniz Qüvvələri sıralarına yazılır.
Mİ6-nın casusu Cənubi Koreyada
1944-cü ildə Corc Mİ6 tərəfindən işə qəbul olunur. Müharibə zamanı Hollandiya cəbhəsi üzərindən fəaliyyətini davam etdirir. Müharibədən sonra isə Mİ6 əməkdaşı olaraq “soyuq müharibə” çərçivəsində şərq blokuna qarşı həyata keçiriləcək əməliyyatlarda iştirak məqsədilə rus dili kursuna göndərilir. Corc kurs müəllimi sayəsində rus mədəniyyəti və ədəbiyyatını böyük eşqlə öyrənir.
Mİ6 Corc Bleyki 1948-ci ildə Cənubi Koreyaya göndərir. Seulda Corc İngiltərə konsulluğunda işləməyə başlayır. Əsas vəzifəsi isə Cənubi Koreyaya yaxın olan Vladivostokda Mİ6 üçün agentlər “ovlamaq” idi. 1950-ci ildə Şimali Koreya Cənubi Koreyaya hücum edir, Seul şəhəri kommunistlər tərəfindən işğal olunur. Corc Bleyk də əsir alınır. Bu dövrdən digər əsirlərlə yanaşı Corcun də acınacaqlı əsir taleyi başlayır. Məhz bu mərhələdə Corc Bleyk KQB ilə ünsiyyətə girir, KQB-yə ikili agent olaraq işləməyi təklif edir. 1953-cü ildə başa çatan müharibədən sonra əsirlərin dəyişdirilməsi mərhələsində Corc Bleyk qəhrəman simasında, ikili agent statusunda İngiltərəyə dönür.
Qərb kəşfiyyatının sirlərini KQB-yə ötürür
Bundan sonra Mİ6 Corcu Berlində işləməyə göndərir. “Soyuq müharibə” dövründə Berlin casusların faliyyət göstədiyi əsas şəhər idi. Bleyk isə Berlin olimpiadası zamanı Mİ6-nın stadion yaxınlığında qurduğu məxfi qərargahının fotolarını, habelə əməliyyat sirlərini KQB-yə ötürməklə məşğul idi. Onu Berlinə göndərdəndə isə tapşırıq kimi rus agentlərinin Mİ6 üçün işləməsini təşkil etmək tapşırılmışdı.
Həmin dördə Mİ6 ər və arvad olan agentin əvəzinə başqa şəxsləri ruslarla dəyişdirməyə cəhd etmiş və böyük səhvə yol vermişdi. Çünki bu haqda KQB öncədən informasiya əldə edə bilmişdi. Ancaq Corc Bleykin KQB üçün etdikləri xidmət bununla bitmirdi…
Bu illərdə Şərqi Berlində rusların telefon danışıqlarını dinləməkdə çətinlik çəkən Qərb bloku tunel qazaraq Şərqi Berlində telefon danışıqlarına daha rahat qulaq asmaq qərarı verdi. MKİ tərəfindən irəli sürülən bu layihədə Mİ6 əsas rol oynayırdı. Corc Bleyk bu əməliyyata mütəmadi qatılırdı. Əvvəl-əvvəl sərhəddə yaxın ərazidə bina tikilir, üzərində isə antenlər və ötürücülər yerləşdirilir. Rusların danışığını dinləmək üçün hava radio siqnalları belə istifadəyə verilir. Və eyni zamanda binanın daxilində tünel qazıntısına başlanılır. 1955-ci ildə tunelin qazıntı işləri başa çatır. KQB bu barədə məlumatlı olsa da, dərhal ortaya çıxmır, prosesi uzaqdan müşahidə edir. Üstəlik Corc Bleykin məlumatları sayəsində KQB Qərb kəşfiyyatının dinlədiyi telefon danışıqlarını idarə edir. Qərb kəşfiyyatçıları bu stansiya vasitəsilə əsasən rus hərbçilərinin seks və darıxdırıcı işləri haqqında danışıqları dinləyə bilir. Corcun sayəsində Qərb kəşfiyyatı KQB-nin məxfi və əhəmiyyətli danışıqlarını tutmağa nail olmur.
Beyrut səfəri və 42 il həbs cəzası
1955-ci ildə Bleyk əməliyyat üçün başqa ölkəyə göndərilir. KQB Bleykin Berlini tərk etməsindən dərhal sonra əks həmlə həyata keçirir. 1956-cı ildə medianını toplayan KQB tunelin yerini jurnalistlərə göstərilir və ortaya böyük skandal çıxır. Nəticədə Qərb bloku rüsvay olaraq biabırçı duruma düşür. Bundan dərhal sonra MKİ araşdırma aparır və əməliyyatının uğursuz olmasını xarici səbəblərə bağlayaraq stansiyanın fəaliyyətini dayandırır. Yəni uğursuzluğa görə, hər hansı bir casus ittiham edilmir.
Bu mərhələdə Mİ6 Bleyki ərəb dilini öyrənmək məqsədilə Beyruta göndərir. Bleyk Yaxın Şərqin Parisi olan Beyrutda maraqlı həyat sürməyə başlayır. Onun işləri qaydasında gedir və həyatından gileylənmir. Casusun sayəsində yüzlərlə Mİ6 agenti KQB tərəfindən öldürülür. Onun KQB-yə informasiya axını təşkil etməsi 9 il davam edir. Bleykin sayəsində Mİ6 Yaxın Şərqdə fəaliyyətini dayandırmaqla ciddi itkilərə məruz qalır.
1961-ci ildə polşalı KQB casusu SSRİ xeyrinə ikili casusluq edən şəxslərin siyahısını MKİ-yə ötürür. Bu siyahıda Corc Bleykin də adı olur. MKİ dərhal bu haqda Mİ6-ya informasiya ötürür.
Corc Bleyk dərhal Londona çağırılır və haqqında araşdırmalara başlanılır. Amma Bleyk ona qarşı irəli sürülən ittihamları rədd edir. Sadəcə, bir suala verdiyi səhv cavabı onun casus karyerasına son qoyur. Bleyk Şimali Koreya nümayəndələrinin onu işgəncə və şantaja məruz qoymadığını, öz istəyi ilə tərəfini dəyişdirdiyini bəyan edir. Bu səhv cavabından sonra isə hər şeyi etiraf etməli olur. Bundan sonra Mİ6-nın casusu vətənə xəyanətdə ittiham olunur. 1961-ci ildə ona 42 il həbs cəzası verilir.
Həbsxanadan Şərqi Almaniyaya qaçış
Qəribədir ki, bu cəzadan sonra Bleyk həbsxana həyatında nümunəvi məhkum olur. O, həbsxanada sol düşüncəli gənc fəallarla eyni otaqda qalır. Gənclər həbsxanadan qaçmağı planlaşdırır, bu barədə ona dedikdə, Bleyk planı dəstəkləyir və bütün detalları incələyir. Bir gecə dəhlizdəki pəncərə şüşəsini qıraraq aşağıya ip sallamaqla qaçmaq planı işə düşür. Bleyk divardan yıxıldığı üçün biləyini sındırsa da, həbsxanadan qaçmağa nail olur.
Həbsxanadan qaçdıqdan sonra daima qaldıqları mənzilləri dəyişdirir. Bu dövrdə Bleyk dostlarının avtomobilində şəhəri gəzir, uşaqlar üçün nəzərdə tutlan nəqliyyat yerlərində yatdığı üçün ondan heç kim şübhələnmir. Bu minvalla Bleyk Şərqi Almaniya sərhədlərinə qədər səyahət edə bilir.
Şərqi Almaniyaya keçmək üçün Corc Bleyk əməliyyat qurur. Özü avtomobilin görünməyən hissəsində gizlənir, üç balaca körpəni isə salonda yatmış vəziyyətdə Qərbi Almaniyadan Şərqi Almaniyaya keçirməyə çalışır. Uşaqların yatdığını görən sərhədçilər heç bir problem yaratmırlar. Şərqi Almaniya sərhədinə yaxınlaşan Blaeyk avtomobildən enir və sərhədçidən dərhal KQB nümayəndəsini çağırmağı tələb edir. Beləcə, Bleyk 1966-cı ildə Şərqi Almaniya tərəfindən qəbul olunur. Dostları isə İngiltərəyə qayıdır.
Moskvada ortaya çıxmaqla Mİ6-nı rəzil duruma salır
Bir müddət sonra Corc Bleyk Moskvada ortaya çıxır. Corc Moskvada da qəhrəman kimi qarşılanır. Həbsxanadan qaçmaqla Mİ6-nı pis vəziyyətdə qoyan Bleyk SSRİ-dən siyasi sığınacaq almaqla ingilis kəşfiyyatına ikinci zərbəni vurur. Moskvada məskunlaşan Bleyk ailə qurur və bir oğul atası olur. 2016-cı ildə Bleyk 93 yaşını belə qeyd edir.
Ən qəribəsi budur ki, Corc Bleykin türk əsilli də saymaq olar. Belə ki, Corc Bleykin atası Albert Behar İngiltərə vətəndaşıdır. I Dünya Müharibəsi başlayanda Sarbona Universitetində oxuyub. Daha sonra Fransa ordusuna yazılıb. Qəzaya düşməsindən sonra müalicə üçün İngiltərəyə göndərilir, Londonda müalicə alır, daha sonra Roterdamda fəaliyyətinə davam edir. Müharibədən sonra Hollandiyada yaşayır və holland qadınla ailə qurur. Corc Bleykin anası Londona gəldikdən sonra antisemitizm təhdidi səbəbindən Behar soyadını Bleyk ilə dəyişdirir. Albert Behar eyni zamanda İstanbulludur. Onun atası İstanbulda xalça ticarəti ilə məşğul olub, xanımı isə yəhudi əsillidir. Qahirədə qardaşı olduğu haqqında isə ölümünə yaxın bildirib.
Yeri gəlmişkən, Misirdə Corc Bleykə oğlu kimi yanaşan Henri Curiel 1950-ci illərdə Camal Əbdül Nasir çevrilişindən sonra Parisə qaçır. Burada kommunist qruplara sıx əlaqələr yaradıb. 1978-ci ildə Parisdə sui-qəsd nəticəsində öldürülüb. Onun hansı səbəbdən və kim tərəfindən öldrüldüyü isə sirr olaraq qalır.