16 Aprel 2018 20:43
1 433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avroviziya-2014-ün qalibi, avstraliyalı müğənni Konçita Vurst HİV daşıyıcısı olduğunu etiraf edib.

Teleqraf.com xəbər verir ki, keçmiş oğlan sevgilisinin şantajı ilə üzləşən Konçita xəstəliyini etiraf etməli olub.

Sevgilisi 29 yaşlı müğənnini "xəstəliyini ictimaiyyətə açıqlayacam" təhdidi ilə şantaj edib. Buna görə də müğənni özü hər şeyi etiraf etməli olub.

"Uzun müddətdir immun çatışmazlığından (HİV) əziyyət çəkirəm. Kiməsə məni şantaj etməsinə imkan verməyəcəm. HİV-ə yoluxduğumu etiraf edirəm", deyə Konçita bildirib.

Konçita Vurst kimi tanınan Avstriyalı transvistit müğənni Avstriyanı 2014-cü ildə Avroviziya Mahnı Müsabiqəsində "Rise Like a Phoenix" mahnısı ilə təmsil edib və 290 xalla müsabiqədə ölkəsinə qələbə qazandırıb.

O, 6 noyabr 1988-ci ildə Avstriyanın Qmunden şəhərində anadan olub. Fərqli kimliyinə görə yaşadığı şəhərcikdə dəfələrlə mühakimə olunub.

Tom The Observer jurnalına verdiyi müsahibədə özünü qadın kimi təsəvvür etmədiyini və transseksual olmadığını etiraf edib.


Müəllif: Ayxan

Oxşar xəbərlər