Bu ilin iyun ayında Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatı ərəfəsində İngiltərə yığma komandasının üzvlərinə qeyri-adi xəbərdarlıq edilib.
Teleqraf.com xəbər verir ki, İngiltərə Kəşfiyyat İdarəsinin rəsmisi Anton Qlis milli üzvlərinə rusiyalı qadınlardan uzaq durmağı məsləhət görüb. Rus qadınların mundial zamanı ingilis futbolçuları yoldan çıxaracağını ehtimal edən İngiltərə Kəşfiyyat İdarəsi oyunçuların şantaj olunacaqlarından ehtiyatlanır.
Anton Qlis Kremlin İngiltərə yığmasının çempionluğuna mane olmaq üçün futbolçuların zəhərlənməsi və ya rus qızları ilə əlaqəyə sövq etmək kimi variantlara əl atacağını düşündüyünü bildirib.
Rəsmi Moskva isə bu iddialarla qəbul etməyib və qarşı tərəfdən sübutlar tələb edib.
Qeyd edək ki, Böyük Britaniya və Rusiya hökumətləri arasında baş verən diplomatik gərginlikdən sonra İngiltərə Futbol Assosiasiyası dünya çempionatı vaxtı futbolçuların ərzaq ehtiyaclarının hökumət tərəfindən qarşılanacağını açıqlayıb.