Almaniyanın Axen şəhərindəki marketlərdən birində soxulcandan hazırlanmış burgerlər satışa çıxarılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, burgerlər “Bugfoundation” şirkəti tərəfindən hazırlanıb.
Şirkətdən verilən məlumata görə, onların hazırladığı məhsul 100% təbiidir, proteinlərlə son dərəcə zəngindir və az yağlıdır.