Malidə cihadçıların həyata keçirdiyi iki terror hücumu nəticəsində tuareqlər tayfasından olan 40-dan artıq adam həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə "Röyter" hadisənin baş verdiyi Menaka rayonunun qubernatoru Daouda Maigaya istinadən bildirib.
Onun sözlərinə görə, hər iki hücum səhradakı uzaq kəndə edilib.