Rusiyanın Vladiqafqaz şəhərində autizimdən əziyyət çəkən və “bütün şəhər”in zorladığı qızla bağlı cinayət işinin araşdırılması yenidən bərpa edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin sədr müavini Boris Karnauxov bildirib.
Autizimdən əziyyət çəkən 18 yaşlı Vika Dzestelova 2017-ci ildə yayın bir neçə ayı ərzində çox sayda kişi tərəfindən zorlandığını bildirib. Həmin vaxtda anası Zalina Dudayeva digər uşaqlarının müalicəsi üçün Moskvada qalmalı olub.
Qadın evə geri qayıdan zaman mənzilin dağıldığını, bahalı əşyaların oğurlandığını görüb.
“Onlarla cinsi əlaqədə olmaq istəmədikdə məni döyüb, evi dağıdırdılar”,-deyə Vika anasına söyləyib.
Məlum olub ki, qızı davamlı olaraq zorlanmaqla yanaşı onu çəkdikləri videolarla da şantaj ediblər. Vikanın psixi vəziyyətini yaxşı bilən qonşular mənzilin sözün hərfi mənasında pritona dönməsinə fikir verməyiblər:
“Qonşular bizim mənzilə az qala bütün respublikanın (Şimali Osetiya-Alaniya Respublikası) kişilərinin gəldiyinə dırnaq arası baxıblar. Nə mənə, nə də polisə xəbər veriblər”.