Fransa prezidenti Fransua Olland İraqda İŞİD-ə qarşı mübarizə aparan kürdlərə silah verəcəklərini bəyan edib.
Teleqraf.com xəbər verir ki, Prezident İqamətgahında verilən açıqlamada Olland qeyd edib ki, etnik kürd rəhbərliyinin istəyinə uyğun olaraq yaxın saatlarda peşmərgəyə (kürd silahlıları) silah verilməsi üçün işlərə start veriləcək.
Qeyd edək ki, ABŞ və Almaniya hökumətləri kürdləri silahlandırmaq barədə ilkin razılığa gəliblər.