İranın Nuakşotdakı səfiri Məhəmməd Omrani Mavritaniya Xarici İşlər Nazirliyinə çağırılaraq, ona bu ölkədə şiə məzhəbini təbliğ edərək ölkə vətəndaşları arasında dini ixtilaf salmalarına görə kəskin etiraz bildirilib.
Teleqraf.com-un məlumatına görə, Mavritaniya Xarici İşlər Nazirliyinin rəsmiləri İran səfiri ilə görüşdə bildiriblər ki, rəsmi Nuakşot daha İran səfirliyinin ölkə vətəndaşlarının məzhəbini dəyişdirmək istiqamətində təbliğat aparmasına seyrçi qalmaq niyyətində deyil.
Bildirilir ki, Mavritaniya hökuməti İranın 2 dini mərkəzini bağlayıb.
Mavritaniya Afrikanın qərbində yerləşən və 1 milyon kvadrat kilomet əraziyə, 4 milyona yaxın əhaliyə malik ölkədir. Əhalinin böyük əksəriyyəti islam dininin sünni məzhəbinə etiqad edir.