ABŞ-ın rəhbərlik etdiyi koalisiya İŞİD-ə qarşı əməliyyatların ikinci mərhələsinə başlayıb.
Teleqraf.com xəbər verir ki, koalisiya əməliyyatlara İraqın təhlükəsizlik qüvvələri də qoşulub. İraq hərbçiləri İŞİD üzvlərinin Suriyadan İraqa qaçışının qarşısını almaq üçün sərhədə nəzarəti gücləndiriblər.
Qeyd edək ki, əməliyyatın birinci mərhələsində Suriyanın Deyr-əz-Zor əyalətinin Əl-Baquza-Fokani yaşayış məntəqəsinin azad edilməsi ilə başa çatıb.