Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 69-a çatıb.
Teleqraf.com xarici KIV-ə istinadən xəbər verir ki, daha əvvəl bu rəqəmin 65 olduğu deyilirdi.
Rəsmilərin məlumatına görə, 69 cəsəddən 17-nin şəxsiyyətini müəyyən etmək mümkün olub.
Ən çox ölüm halı (60 nəfər) Eskuintla departamentində qeydə alınıb. Yaralıların sayı isə 46 olduğu bildirilib. Daha 3,26 min sakin təxliyyə olunub, 1,68 min nəfər isə müvəqqəti sığınacaqlara yerləşdirilib.
Artıq Meksikanın Keretaro ştatından yanğınsöndürən qrup Qvatemalaya köməyə gedib.
Ruslan