7 İyun 2018 19:39
1 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nüvə proqramını genişləndirməsi, yaxud zənginləşdirilmiş uranın həcminin artırılması İranın dünyada təcrid olunmasını sürətləndirəcək.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Vüqar Zifəroğlu deyib.

Politoloq ABŞ-ın nüvə müqaviləsindən çıxmasından sonra ciddi təzyiqlərlə üzləşdiyini diqqətə çatdırıb: “ABŞ Vyana anlaşmasından çıxsa da, Avropa İttifaqı İrana qarşı təzyiqlərin davam etdirilməsində tərəddüd edir. Hətta Almaniya, Fransa və İngiltərə İrana yönəlik münasibətlərin yumşaldılmasına dair səylər göstərirdilər. Amma rəsmi Tehranın uranın zənginləşdirilməsi ilə bağlı verdiyi son bəyanatdan sonra Avropa İttifaqının da İrana qarşı münasibətinin dəyişəcəyini gözləmək olar.

Əgər İran nüvə proqramına yönəlik radikal addımlar atacaqsa, bundan ən çox onun özü zərər görəcək. Bu, ABŞ-la yanaşı Avropa İttifaqı dövlətlərinin də Vyana anlaşmasından çıxması ehtimalını gücləndirəcək”.

Qeyd edək ki, İranın Ali dini lideri Əli Xamenei uranın zənginləşdirilməsinin davam etdiriləcəyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər