Koaulia ştatından Meksika konqresinə deputatlığa namizəd Fernando Puron seçki debatından sonra güllələnib.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, olayın videosu sosial şəbəkədə yayılıb. Görüntüdən aydın olur ki, deputatlığa namizəd debatdan sonra küçədə ondan foto istəyən qadınla dayanıb. Bu zaman qatil arxadan yaxınlaşaraq, soyuqqanlı şəkildə onu güllələyib. Hadisədən sonra cinayəti törədən şəxs gizlənib.