İkinci dünya müharibəsi dövründə Avropanı çox sayda insan tərk edib. Şərqi Avropa və Balkan sakinləri nasist Almaniyası ilə sovet qoşunları arasında qalmamaq üçün Afrika ölkələrinə, eləcə də Misirə, Fələstinə və Suriyaya köçüblər.
1942-ci ildə Böyük Britaniyada MERRA (Yaxın Şərq Relyefi və Qaçqın Administrasiyası) təşkilatı yaradılıb. Təşkilatın əsas vəzifəsi miqrantlar üçün təhlükəsiz və etibarlı yer tapılması idi. Qahirə, Qəzza və Hələbdə salınan qaçqın düşərgələrində 40 mindən çox miqrant yaşayıb.
Bu düşərgələr müharibə bitdikdən sonra 1946-cı ildə ləğv edilib.
Teleqraf.com miqrantların həyat şəraitini əks etdirən nadir fotoları təqdim edir: