11 İyun 2018 22:42
1 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

1983-cü ildə ABŞ hərbi hava qüvvələrində xidmətdən imtina etmiş və adını dəyişərək gizlənmiş zabit Uilyam Hoard Haqiz 35 il sonra Kaliforniyada üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, gizli bilgilərə sahib olan pilot Nyu Mexikoda müxtəlif bankomatlardan bank hesabından 29 min dollar pul çıxaran zaman ələ keçib.

Saxta pasportdan istifadə edən Uilyam özünü Barri Obeyrn kimi təqdim edib və sənəd yoxlanılışı zamanı hüquq mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Şöbədə dindirilməsindən sonra o, əsl adının Uilyam Haqiz olduğunu etiraf edib.

O, ifadəsində bildirib ki, xidmət etdiyi zaman depressiyaya düşüb və saxta pasport çıxararaq ordudan qaçıb.

Uilyam Hoard Haqiz ABŞ ordusunda ən çox axtarışda olmuş şəxslərdən biridir.


Müəllif: Ruslan