Qazaxıstan Rusiyadan benzin idxalına qadağa qoyub.
Teleqraf.com xəbər verir ki, qadağa 3 ay qüvvədə olacaq.
Qazaxıstan hokuməti bu addımı yanacaq ixracatını və yerli neft məhsullarının satış bazarını genişləndirmək məqsədi ilə atdığını açıqlayıb.
Ölkənin energetika naziri Kanat Bozumbayev bununla bağlı yayılan məlumatları təsdiq edib.