12 İyun 2018 22:39
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın baş naziri Heydər əl-İbadi ölkədə təkrar seçkilərin keçirilməyəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, o, təkrar seçkilər üçün heç bir hüquqi əsasın olmadığını deyib: "Seçki keçirilib. Geriyə dönüş yoxdur. Seçkilərin ləğv edilməsinə nə hökumətin, nə də parlamentin səlahiyyəti çatır. Yeni hökumət qurulmalıdır".

Qeyd edək ki, İraq parlamentinin sədri Səlim əl-Cuburi və prezident köməkçisi İyad Allavi seçki qutularının saxlanıldığı bazada baş vermiş yanğından sonra seçkilərin nəticələrinin ləğv edilərək yenidən sayılması çağırışı ediblər.

İbadi çıxışında qeyd edib ki, yanğın qəsdən törədilib. Faktla bağlı 4 nəfər saxlanılıb.

Qeyd edək ki, İrqda mayın 12-də keçirilmiş parlament seçkilərində şiə lider Müqtəda əs-Sədrin başçılıq etdiyi blok qalib gəlib. Bu isə digər siyasi partiyaların ciddi narazılığına səbəb olub.


Müəllif: Teleqraf.com