ABŞ-ın liderliyindəki İŞİD əleyhinə koalisiya qüvvələrinin Suriyada son 13 gündə keçirdiyi hərbi əməliyyatlar nəticəsində 35 mülki şəxs həlak olub.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, ölüm halları Hasekə bölgəsinin Təl-əş-Şair, Əl-Cəzza, Əz-Zib-Həddeç və Əl-Həsən rayonlarında qeydə alınıb.
Koalisiyanın Təl-əş-Şairə son hücumunda 10, Əl-Cəzzada (5 iyun) 10, Təl- əş-Şairdə (4 iyun) 5, Əl-Həsəndə (3 iyun) 2, Əz-Zib Həddeçdə (1 iyun) isə 8 nəfər silahsız insan öldürülüb.
Koalisiyanın may ayı ərzində Əl-Fadil rayonunda həyata keçirdiyi əməliyyatlarda isə 25 nəfər həlak olmuşdu.
Qeyd edək ki, koalisiya qüvvələri Haseke ilə yanaşı, Deyr əz-Zor bölgəsində də, İŞİD-ə qarşı əməliyyatlarını davam etdirir.