Ermənistan Prezidenti Armen Sərkisyan İrəvanda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə İqor Popov (Rusiya), Endryu Şaffer (ABŞ), Stefan Viskonti ilə yanaşı, ATƏT sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Anji Kaspşik də iştirak edib.
Armen Sərkisyan Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu formatında və dinc yolla həllinin tərəfdarı olduğunu bildirib.
Ermənistan başçısı qeyd edib ki, bölgənin təhlükəsizliyi üçün problemin dinc yolla həlli ən yaxşı variantdır.