18 İyun 2018 21:43
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda aksiya zamanı avtobusla 3 polisi əzərək öldürən sürücü edam edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Tehran Ədliyyə İdarəsi məlumat yayıb. Qeyd olunur ki, Məhəmməd Salas adlı sürücü avtobusu təhlükəsizlik xdimətinin əməkdaşlarının üzərinə bilərək sürüb.

Xatırladaq ki, fevralda Pasdaran qəsəbəsində baş verən aksiyalar zamanı 5 polis ölüb. Daha 30-u isə xəsarət alıb. Həmin vaxt etirazlara din xadimi Nurali Tabandenin həbsi səbəb olmuşdu.


Müəllif: Ruslan

Oxşar xəbərlər