ABŞ Konqresinin 25 üzvü Dövlət katibi Mayk Pompeoya yazılı müraciət edərək Ermənistana dövlət səviyyəsində ayrılan yardımın artırılmasını tələb edib.
Teleqraf.com xəbər verir ki, müraciət dövlət katibinə senator Ceki Spayer tərəfindən təqdim edilib.
Spayer qeyd edib ki, Ermənistanda hakimiyyətə gəlmiş yeni siyasi qüvvələr ABŞ-ın maraqlarına uyğundur və ona hiss ediləcək yardım edilməlidir: “Nikol Paşinyanın hakimiyyətə gəlməsi Ermənistanın yeni dönəmə keçidi üçün böyük şansdır. Bu vəziyyətdə Ermənistan ətrafında yaranmış vəziyyət təhlükə vəd edir, amma bunu aradan qaldırmağın yolu ABŞ-ın dəstəyindən keçir.
Riskə getməyə dəyər. Çünki bu, keçid dönəmidir, Ermənistanı xilas etmək mümkündür”.