Almaniya polisi ölkədə bioloji hücum törətməyi planlaşdıran tunislini saxlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Xəbərə əsasən, saxlanılan tunislinin evindən zəhərli bioloji maddə olan “risin” və bomba hazırlanmasında istifadə olunan maddələr tapılıb.
Almaniya Federal Kriminal Polis Departamentinin rəhbəri Holger Muench ölkədə bioloji hücumun planlaşdırıldığını bildirib.