21 İyun 2018 16:46
1 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 24-də Türkiyədə keçiriləcək prezident seçkiləri bu ölkənin tarixində dönüş nöqtəsi olacaq.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Fərhad Mehdiyev deyib.

Politoloq seçkilərlə bağlı mümkün ssenarilərdən danışıb: “Türkiyədə 2 gün sonra tarixi gün olacaq. Yerli ictimaiyyət də bunu başa düşür. Həyəcan pik həddədir. Ortada olan ssenarilər isə həyəcanvericidir.

Hesab edirəm ki, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan seçilsə, parlamentdə çoxluğu əldə etməyə bilər, bununla ölkənin yeni böhrana girəcəyi istisna deyil. Bu vəziyyətdə Ərdoğan seçkiləri yeniləyəcək.

Əgər Ərdoğan parlamentdə də üstünlüyünü təmin etsə, biz onun həyatının sonunadək vəzifədə qalacağını görəcəyik. Digər ehtimal isə daha təhlükəlidir. Əgər Ərdoğan seçilməsə, onun tərəfdarlarının çevriliş cəhdinə, yaxud vətəndaş müharibəsinə gedəcəkləri mümkündür. Bunun üçün onun geniş imkanları var.

Hesab edirəm ki, CHP-nin namizədi Məhərrəm İncə seçilsə belə, Türkiyəni ağır iqtisadi vəziyyət gözləyir. 2019-cu ildə bu böhran özünün pik nöqtəsinə çatacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu