21 İyun 2018 23:25
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp “Böyük yeddilik” (G-7) ölkələrinin iyunun 8-9-da Kanadanın Kvebek əyalətində keçirilən sammiti zamanı Almaniyanın federal kansleri Angela Merkelin masası üzərinə 2 ədəd konfet tullayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Eurasia Group” konsaltinq şirkətinin direktoru Yen Bremmer CBS telekanalına müsahibəsində bildirib.

Politoloqun sözlərinə görə, bu, liderlərin sammitin yekunlarına dair birgə sənədi imzalamağa hazırlaşdıqları vaxt baş verib. “O, (Tramp nəzərdə tutulur-S.Həmid) ayağa qalxdı, əlini cibinə atdı… və iki ədəd “Starbursts” konfeti çıxarıb masanın üstünə atdı və Merkelə dedi: “Bax, Angela, deməyin ki, mən sizə heç vaxt heç nə vermirəm””, – deyə Bremmer qeyd edib.

“Merkel və Kanadanın Baş naziri Castin Trüdo Trampa birgə komminükeni imzalaması üçün təzyiq göstərmək istəyiblər. Amerika lideri bu zaman G-7 liderlərinin onun əleyhinə birləşdiklərini görüb və aşkar şəkildə öz narazılığını nümayiş etdirib”, – deyə politoloq bildirib.

Sammitin yekununda Trüdo elan edib ki, 7 ölkənin hamısı yekun bəyanatla razıdır. Ancaq bundan sonra Tramp Şimali Koreya lideri Kim Çen İnlə görüşə gedəcəyi üçün sammiti yarımçıq tərk etməli olub. Daha sonra Tramp öz “Tvitter” səhifəsində ABŞ nümayəndəsindən kommünikeni dəstəkləməməyi xahiş edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər