21 İyun 2018 22:16
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilk iki beşinci nəsil “F-35” qırıcısını bu gün təhvil alıb.

Teleqraf.com xəbər verir ki, qırıcıların təhvil-təslimi üzrə rəsmi mərasim ABŞ-ın Texas ştatının Fort-Uert şəhərində keçirilib.

Mərasimin başa çatmasından sonra həmin iki qırıcı Arizona ştatında yerləşən Lük hərbi hava qüvvələri bazasına göndərilib. Bazada türkiyəli pilotlar yeni qırıcıdan istifadə qaydaları ilə bağlı kurs keçəcəklər.

Ankaranın ABŞ-dan 100-dən çox “F-35” qırıcısı alacağı bildirilir.


Müəllif: Teleqraf.com