Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 11-12 tarixlərində NATO-nun Brüsseldə keçiriləcək sammitinə qatılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Jamanak” qəzeti məlumat verib.
Qəzet Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan Ermənistanın baş nazirinin bu addımının Rusiyanın xoş qarşılamayacağını yazır, amma rəsmi İrəvanın bundan artıq çıxış yolunun olmadığına da diqqət çəkir.
“Jamanak” Rusiya ilə yola getməyən Paşinyan hökumətinin ölkənin təhlükəsizliyi üçün alternativ axtarışında olduğunu da istisna etmir və baş nazirinin NATO sammitinə bu məqsədlə qatıldığı iddiasını da vurğulayır:
“Paşinyanın NATO sammitində iştirakı hər nə qədər KTMT-nin prinsiplərinə zidd olsa da, NATO Ermənistanın təhlükəsizliyinin təmin edilməsi məsələsində daha etibarlı portnyordur”.