Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi Məhərrəm İncə Saffet Çam orta məktəbində səs verib.
Teleqraf.com xəbər verir ki, səsvermə məntəqəsinə həyat yoldaşı və oğlu ilə gələn İncə səs verdikdən sonra qısa açıqlama verib:
“Xeyirli, uğurlu olsun. Ən yaxşısı nədirsə, o da olsun. Axşam MSK-nın önündə olacam”.