Pentaqon Menbiç məsələsini Türkiyə ilə razılaşdıqlarını açıqlayıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu ABŞ Müdafiə nazirliyinin sözçüsü, mayor Adrian Rankine-Gallovay söyləyib:
“Menbiç yol xəritəsinin həyata keçirilməsi üçün 22-23 iyunda Ankarada ikitərəfli görüşlər oldu. Bu, Menbiçdə təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün verdiyimiz vədin bir hissəsidir”.
Qeyd edək ki, iyunun 4-də ABŞ və Türkiyə XİN rəhbərləri Menbiçlə bağlı 3 mərhələli “yol xəritəsi” barəsində razılığa gəlmişdi.