Türkiyədə prezidentliyə sabiq namizəd Məhərrəm İncənin seçki gecəsi Ali Seçki Qurumuna yaxın ərazidə, oteldə olduğu üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, “Sözçü” qəzetinin yazarı Sayğı Öztürk Məhərrəm İncənin ailə üzvləri və bir qrup deputatla “Sviss” otelinin 8-ci mərtəbəsində olduğunu iddia edib.
Yazarın sözlərinə görə, iki bina arasında maşınla 17 dəqiqəlik məsafə var.