29 İyun 2018 22:58
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə Suriya ilə bağlı sövdələşmə təklif etmək istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN kanalı məlumat yayıb.

Telekanalın xəbərinə görə, Tramp tezliklə ABŞ qoşunlarını Suriyadan çıxarmağa çalışır.

D. Тramp hesab edir ki, o, Vladimir Putinlə Helsinkidə görüş zamanı Suriya üzrə saziş imzalaya bilər.

Təkliflərdə Suriya hakimiyətinə İordaniya ilə sərhəd rayonunda nəzarətin qaytarılması yer alıb. Əvəzində isə Rusiya həmin ərazidə rəsmi Dəməşqin üsyançıları təqib etməyəcəyinə zəmanət verməli olacaq.

Bundan əlavə, Trampın planına əsasən İranın Suriyadan sıxışdırılması və Rusiyanın köməyi ilə ölkənin cənub-qərbində təhlükəsizlik zonasının yaradılmasını nəzərdə tutulur.

Xatırladaq ki, Rusiya və ABŞ prezidentləri iyulun 16-də Helsinkidə görüşəcəklər. Liderləri beynəlxalq məsələləri, həmçinin Rusiya-Amerika münasibətlərinin perspektivlərini müzakirə edəcəklər. Tramp Putinlə görüşü çox gözləyidini bildirib.


Müəllif: Ruslan

Oxşar xəbərlər