2 İyul 2018 11:36
1 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada müəllifi deputat İrina Yarovaya olan mübahisəli anti-terror qanunlar paketi qüvvəyə minib.

Teleqraf.com xəbər verir ki, vətəndaşların etirazla qarşıladığı qanun layihəsi təhlükəsizlik orqanlarına sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarını saxlamaq və telefon danışıqlarını dinləmək səlahiyyəti verir.

“Yarovaya paketi”nə görə, aidiyyəti dövlət qurumları telefon operatorlarını dinləməklə yanaşı, internet istifadəçilərinin yazışma və zəngləri haqqındakı məlumatları 6 ay ərzində saxlayacaq. Bura ayrı-ayrı dövlət qurumlarının əməkdaşları da daxildir.

Bununla yanaşı, hökumət 30 gün ərzində istifadəçilərin internet trafikini depolamaq məsələsində operatorlara təxirə salmaq hüququnu da verir. Operatorlar bu qaydaları bu ilin noyabrın 1-dən həyata keçirməyə başlayacaqlar.

Eyni zamanda, qanun paketinə görə, bu gündən etibarən mobil operatorlarla özləri haqda yanlış məlumlarla müqavilə imzalayan şəxslər xidmət haqlarından məhrum ediləcəklər.

Qeyd edək ki, sözügedən qanun layihəsi 2016-cı ildə Prezident Vladimir Putin tərəfindən imzalanmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər