Ölkədən qaçarkən həbs edilmiş Ermənistanın keçmiş prezident Serj Sərkisyanın qardaşı oğlun Ayk Sərkisyanın evində axtarışlar zamanı qiymətli əşyalar, silah və narkotik maddə aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, atası Aleksandr Sərkisyanla birlikdə hava limanında saxlanılmış Aykın evindən oğurlanmış tarixi əsərlər də müsadirə edilərək götürülüb.
Tarixi əsərlər arasında Ermənistanın məşhur rəssamı Martiros Saryanın 14 əsəri də tapılıb. Axtarışlar vaxtı məlum olub ki, Ayk və Aleksandr Sərkisyanlar əsərləri Ermənistanın keçmiş şəhərsalma naziri Narek Sərkisyan vasitəsilə əldə ediblər. Bundan sonra Narek Sərkisyan və oğurluq işində iştirakçı olmuş Serob Şahakyan və Vladimir Şaginyan da həbs edilib.
Axtarışlar zamanı Narek Sərkisyanın evindən külli miqdarda kokain, metamfetamin, 4 tapança, 1 ədəd səsboğucu, mənşəyi bilinməyən həblər, şüşə və plastik borular, sursat, narkotik maddə istifadə etmək üçün müvafiq ləvazimatlar aşkar edilib.
Narek Sərkisyan istintaqa ifadəsinə etiraf edib ki, o, 2013-cü ildə Martiros Saryanın mirasçılarından birindən 280.000 ABŞ dolları dəyərində 14 əsər götürərək, bunun üçün 28.000 dollar ödəməyi pulun qalan hissəsinə də ortaq kazino qurmağı təklif edib. Lakin rəsmləri ələ keçirən Narek Sərkisyan vədlərinin heç birini yerinə yetirmir. Həmin şəxsi Serj Sərkisyan və Aleksandr Sərkisyanın adından təhidid edərək, əvvəldən razılaşdırılmış qaydada əsərləri Ayka təhvil verib.
Lakin o, ifadəsində əsərləri Aleksandr Sərkisyanın aldığını bildirib.
Axtarışlar vaxtı eyni zamanda, Narek Sərkisyanın qərargahından əlavə olaraq, 115 min dollar, 27 min avro aşkar edilərək götürülüb.