6 İyul 2018 12:14
2 381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Konstitusiyanı Müdafiə Təşkilatı terror təşkilatları ilə bağlı hesabatını təqdim edib.

Teleqraf.com xəbər verir ki, PKK-nın terror təşkilatı kimi qeyd edildiyi hesabatda YPG bu təşkilatının “Suriya qolu” adlandırılıb.

Hesabatda eyni zamanda, PYD “PKK-nın qardaşı” kimi qeyd edilib. Lakin buna baxmayaraq, PYD-nin Almaniyada fəaliyyətinə icazə verildiyi vurğulanıb.

PKK-nın Almaniyadakı fəaliyyətinin 1993-cü ildən bu yana qadağan edildiyi diqqətə çatdırılan 138 səhifəlik hesabatda, bu qurumun 2002-ci ildə Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanındığı da xatırladılıb.

Qeyd edilib ki, PKK-nın Almaniyada 14500 simpatizanı yaşayır və kürd terrorçuların məskunlaşdığı əsas bölgə Şelzviq-Holşteyn vilayətidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər