ABŞ Prezidenti Donald Tramp Şimali Koreyaya tam nüvəsizləşdirmə şərti qarşılığında “işıqlı gələcək” söz verib.
Teleqraf.com “Röyter”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo bildirib.
“Prezident Tramp Şimali Koreya işıqlı gələcək vəd edir. Bunun üçün tam denuklarizasiya istiqamətində iş aparılmalıdır”.
İyulun 6-də Mayk Pompeo Koreya yarımadasının denuklearizasiyası proqramını müzakirə etmək üçün üçüncü dəfə KXDR səfər edib.
Vaşinqton “tam denuklearizasiya” dedikdə nüvə və digər növ kütləvi qırğın silahlarının, eləcə də raket və bütün müvafiq obyektlərin ləğvini nəzərdə tutur.